UFAZ-da bakalavr proqramlarına qəbul ilə bağlı “Açıq mikrofon” günü

UFAZ-da bakalavr proqramlarına qəbul ilə bağlı “Açıq mikrofon” günü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2022-2023-cü tədris ili üzrə bakalavr proqramlarına qəbul ilə bağlı valideynlər və abituriyentlər üçün “Açıq mikrofon” günü keçirilib.
Tədbirdə iştirak edən ADNSU-nun rektoru professor Mustafa Babanlı Azərbaycan-Fransız Universitetinə qəbul və qeydiyyat prosesi, UFAZ imtahanı, universitetin maddi-texniki bazası, həmçinin təhsil müəssisəsində tədris proqramları barədə məlumat verib, abituriyentlərin və onların valideynlərinin suallarını cavablandırıb.
Qeyd edək ki, UFAZ-da 2022-2023-cü tədris ili üzrə bakalavr proqramlarına qəbul imtahanı üçün qeydiyyat avqustun 1-dək davam edəcək. UFAZ-a qəbul imtahanı avqustun 4-də keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər