UFAZ-ın bakalavr proqramlarına qəbul üçün qeydiyyat başlanıb

UFAZ-ın bakalavr proqramlarına qəbul üçün qeydiyyat başlanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına 2022/2023-cü tədris ili üçün tələbə qəbuluna start verilib. UFAZ bakalavr pilləsində kompüter elmləri, kimya mühəndisliyi, geofizika mühəndisliyi, neft və qaz mühəndisliyi ixtisasları üzrə təhsil təklif edir.
Onlayn qeydiyyat üçün müraciətlər avqustun 1-dək davam edəcək.
Yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş I ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan azı 500 bal toplamış abituriyentlər UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.
UFAZ-a qəbul imtahanı təhsil aldığı bölmədən asılı olaraq həm Azərbaycan, həm də rus dillərində aparılır.
Qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə 120 ödənişsiz və 40 ödənişli yer təklif olunur.

Tehsil-press.az


Oxşar xəbərlər