Sabunçu rayonunun ümumi təhsil müəssisələri üzrə “Kiçik akademiya”ların hesabat konfransı keçirilib.
Paytaxtdakı 112 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sabunçu rayonunun ümumtəhsil müəssisələri üzrə mərkəz “Kiçik akademiya”nın rəhbəri Sərxan Şahverdiyev il ərzində görülən işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında məruzə edib. S.Şahverdiyev “Kiçik akademiya”ların təşkil olunmasında əsas məqsədin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarət olduğunu xatırladıb.
BŞTİ-nin Ümumi sektorun müdiri Sevinc Rəsulova “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinin və şagirdlərdə tədqiqat işinə marağın artırılmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu bildirib. O, “Kiçik akademiya”lara səmərəli fəaliyyətində uğurlar arzu edib.
Konfransda 112, 96, 113, 307 nömrəli tam orta məktəblərin direktorlarının, həmçinin “Kiçik akademiya”nın prezidenti Cabbar Yolçuyevin, vitse-prezidenti Aysel Hüseynovanın çıxışları dinlənilib. 307 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İnci Süleymanzadə “Tarixdə Qarabağ” adlı araşdırmasını təqdim edib.
Sonda fərqlənən məktəblər və “Kiçik akademiya” rəhbərləri təşəkkürnamə ilə təltif olunublar.
Tehsil-press.az