Coğrafiya İnstitutunun əməkdaşları “Kiçik akademiya” üzvlərinin hazırlığını qiymətləndiriblər

Coğrafiya İnstitutunun əməkdaşları “Kiçik akademiya” üzvlərinin hazırlığını qiymətləndiriblər AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları “Kiçik akademiya" üzvlərinin hazırlığını qiymətləndiriblər.
Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Elina Kərimova, İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Cəmilə Əhmədova Bakı şəhəri, Nizami rayonunda yerləşən 238 nömrəli tam orta məktəbdə “Kiçik akademiya” üzvlərinin IV elmi konfransında iştirak ediblər.
Konfransın məqsədi gənc nəsli elmin aktual problemləri ilə tanış etmək, şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək, onlarda ilkin elmi tədqiqat vərdişlərini formalaşdırmaqdır.
Məktəblilər konfransda ədəbiyyat, coğrafiya, fizika, kimya və müxtəlif istiqamətlərdə məruzələrlə çıxış ediblər.
Münsiflər heyəti məktəblilərin məruzələrini yüksək qiymətləndirib.

Tehsil-press.az

Oxşar xəbərlər