Bakının 305 ümumi təhsil məktəbində “Kiçik akademiya” fəaliyyət göstərir

Bakının 305 ümumi təhsil məktəbində “Kiçik akademiya” fəaliyyət göstərir 2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 305 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərir.
“Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair idarənin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik akademiya” yaradılması nəzərdə tutulur. Təcrübə mübadiləsini genişləndirmək üçün Bakı şəhərinin hər inzibati rayonunda 1 məktəb “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyənləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər