Bakı üzrə 307 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir

Bakı üzrə 307 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir 2021-ci təqvim ilində paytaxtın ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.
BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərir.
“Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin tədbirlər planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik akademiya” yaradılması nəzərdə tutulur. Təcrübə mübadiləsini genişləndirmək üçün Bakı şəhərinin hər inzibati rayonunda 1 məktəb “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyənləşdirilib. Həmçinin Bakı şəhəri üzrə “Kiçik akademiya”ların saytı da yaradılıb.

Tehsil-press.az




Oxşar xəbərlər