Azərbaycan və Liberets Texniki universitetləri arasında yeni əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycan və Liberets Texniki universitetləri arasında yeni əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər hazırlanacaq Çexiyanın Liberets Texniki Universitetinin Maşınqayırma fakültəsinin Elektrik avadanlıqları kafedrasının professoru Karel Frana Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb.
Görüşdə universitetlərarası əməkdaşlığın mühüm nəticələri qeyd olunub. Azərbaycan və Liberets Texniki universitetləri arasında imzalanmış müqaviləyə uyğun olaraq enerji və maşınqayırma sahələrində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb, birgə elmi-tədqiqatların aparılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, yaxın zamanda iki universitet arasında yeni əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər hazırlanacaq.
Qeyd edək ki, professor K.Frananın “Erasmus+” KA1 proqramı çərçivəsində Maşınqayırma və robototexnika, həmçinin Metallurgiya və materialşünaslıq fakültələrinin professor və müəllim heyəti ilə də görüşləri nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər