AzTU-da elmi konfrans: Maşınqayırma və energetikada yeni konsepsiyalar və texnologiyalar

AzTU-da elmi konfrans: Maşınqayırma və energetikada yeni konsepsiyalar və texnologiyalar Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Qazi Universiteti, Rusiyanın Cənubi Ural Dövlət Universiteti, Tatarıstanın Almetyevsk Dövlət Neft İnstitutu, Almaniyanın Brandenburq Texniki Universiteti və Çexiyanın Liberec Texniki Universitetinin təşkilatçılığı ilə “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib.
Plenar iclasda çıxış edən rektor Vilayət Vəliyev konfransın işinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən Qazi Universitetinin rektorunun köməkçisi professor Ramazan Bayındır, Brandenburq Texniki Universitetinin vitse-prezidenti professor Mixael Hübner, Almetyevsk Dövlət Neft İnstitutunun nümayəndəsi Alyona Şumetova, Liberec Texniki Universitetindən professor Karel Frana, Cənubi Ural Dövlət Universitetindən dosent Leonid Şipulin AzTU-nun ev sahibliyi ilə keçirilən konfransın universitet-sənaye işbirliyinin inkişafı istiqamətində əhəmiyyətini vurğulayıblar.
Konfransın plenar iclasında 4 müxtəlif mövzu üzrə məruzələr dinlənilib.

Tehsil-press.az




Oxşar xəbərlər