AzTU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə əməkdaşlığı inkişaf etdirir

AzTU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə əməkdaşlığı inkişaf etdirir Rusiyanın Həştərxan Dövlət Universitetinin rektoru Markelov Konstantin və beynəlxalq əlaqələr üzrə prorektoru Fadina Anqelina Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb və iki universitet arasında mövcud əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıblar.
Görüşdə elm və tədqiqat yönümlü layihələrin birgə işlənməsi, iki universitetin professor-müəllim heyətinin təcrübə mübadiləsi aparması əsas müzakirə mövzusu olub. Həmçinin hər iki universitetin üzv olduğu Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının fəaliyyəti çərçivəsində Xəzər dənizi və onun hövzəsi üzrə aparılan elmi-tədqiqat işləri və layihələrin icrası üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində də təkliflər səsləndirilib.
Xatırladaq ki, AzTU 2018-ci ildən Həştərxan Dövlət Universiteti ilə əməkdaşlıq edir.

Tehsil-press.az

Oxşar xəbərlər