Azərbaycan Texniki və Brandenburq Texniki universitetləri əməkdaşlığa başlayır

Azərbaycan Texniki və Brandenburq Texniki universitetləri əməkdaşlığa başlayır Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin dekan əvəzi, dosent Ərəstun Məmmədov, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının professoru Fariz Əmirov Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) və Çexiyanın Libereç Texniki Universitetində olublar.
Brandenburq Texniki Universitetində keçirilən görüşlərdə ixtisaslaşma üzrə ikili diplom verilməsi ilə nəticələnəcək birgə magistr hazırlığı üçün tədris planının hazırlanması və bu sahədə işlərin daha intensiv davam etdirilməsi haqqında imzalanacaq müqavilənin ilkin razılığı əldə edilib.
Çexiyanın Libereç Texniki Universitetində Maşınqayırma fakültəsinin nəzdində “Skoda” firmasının yaratdığı “UniLab”, fakültənin digər elmi-tədqiqat və tədris laboratoriyaları ilə tanış olan əməkdaşlarımız görüşlər zamanı “Erasmus+” layihəsi çərçivəsində universitetlərarası əməkdaşlıq istiqamətlərini geniş müzakirə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər