Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup əməkdaşı Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) olub.
Əvvəlcə bu ali təhsil ocağının nümayəndə heyəti BTU-nun tədqiqat və elmi inkişaf üzrə vitse-prezidenti, professor X.Hipp, eləcə də tədris və təhsil üzrə vitse-prezidenti, professor M.Koziol ilə görüşüb.
Görüşdə AzTU ilə BTU arasında maşınqayırma və metallurgiya sahələri üzrə əməkdaşlığın inkişaf perspektivləri, ikili diplomun verilməsi ilə nəticələnəcək birgə bakalavr və ya magistr hazırlığı üçün tədris planının işlənməsi məsələsi müzakirə olunub. Söhbət zamanı təhsilin doktorantura səviyyəsində birgə mütəxəssislərin hazırlanması, AzTU, BTU, həmçinin digər tərəfdaş universitetlərlə birgə elmi-texniki konfransların, tədris-metodiki seminarların və yay məktəblərinin keçirilməsi məsələlərinin vacibliyi vurğulanıb.
Səfər zamanı AzTU-da və BTU-da maşınqayırma, metallurgiya sahələri üzrə aparılan elmi-tədqiqat işlərinin geniş təqdimatı keçirilib. Eyni zamanda, AzTU-nun nümayəndələri BTU-nun müxtəlif kafedralarının zəngin laboratoriya bazaları, “TAKRAF” maşınqayırma zavodu, daş kömür mədənində istifadə üçün nəzərdə tutulan və dünyanın ən iri hərəkət edən F60 qurğusu ilə tanış olublar.
AzTU nümayəndə heyəti, həmçinin Xemnitç Texniki Universitetinin (XTU) Metalkəsən Dəzgahlar və İstehsal Prosesləri İnstitutunda və Drezden Texniki Universitetinin Metalkəsən Dəzgahlar və İdarəetmə Texnikası İnstitutunda olublar. Həmin institutlarda AzTU-nun əməkdaşları üçün kafedralarda aparılan elmi-tədqiqat işlərinin geniş təqdimatı keçirilib.
Görüşlər zamanı AzTU ilə Xemnitç Texniki Universiteti və Drezden Texniki Universiteti arasında əməkdaşlığın maşınqayırma və metallurgiya sahələri üzrə inkişaf perspektivləri müzakirə edilib.

Hikmət Əliyev