Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetini 76 əcnəbi tələbə bitirib

Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetini 76 əcnəbi tələbə bitirib Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) 2021-2022-ci tədris ilində bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1596, magistratura səviyyəsində 42 ixtisaslaşma üzrə 312 tələbə olmaqla cəmi 1908 gənc bitirib.
SABAH qruplarında inşaat mühəndisliyi ixtisasında təhsil alan 15 tələbə də bu siyahıda yer alır. Tələbələrin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrdən 5, magistr tələbələrdən də 7 nəfər fərqlənmə diplomuna layiq görülüb. Universitetin nəzdində olan İnşaat Kollecinin məzunlarından 9-u təhsilini fərqlənmə diplomu ilə başa vurub. Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İraq, İran, Qazaxıstan, Suriya, Rusiya və Gürcüstandan 72 bakalavr, 4 magistr məzun var.

Tehsil-press.az



Oxşar xəbərlər