Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanvarın 3-dən start verilən 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası artıq yekunlaşmaq üzrədir.
Bütün fakültələrdə bu günə qədər bakalavr səviyyəsi üzrə yazılı imtahanlarda 451 qrup üzrə 10440 tələbə, test imtahanlarında isə 759 qrup üzrə 17896 tələbə iştirak edib. Magistr səviyyəsi üzrə 142 yazılı imtahanda 895 tələbə, 72 test imtahanında isə 562 tələbə iştirak edib. Bu il ilk dəfə magistrantların bilikləri şifahi şəkildə yoxlanılıb. Bu günə qədər 97 şifahi imtahanda 834 magistrant iştirak edib. Universitetin “SABAH” qruplarında bu günə qədər 16 şifahi imtahan keçirilib. Həmin imtahanlarda 316 tələbə iştirak edib.
Universitetin nəzdindəki İnşaat Kollecində isə 40 qrup üzrə 206 imtahan keçirilib. İmtahanlardan 115-i test, 63-ü yazılı, 28-i isə qabiliyyət tələb edən fənlər üzrə aparılıb.
Tehsil-press.az