Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının 2016-2017-ci tədris ilində son iclası keçirilib. İclasın gündəliyi elan olunmazdan əvvəl ötən gün dünyasını dəyişmiş AzMİU-nun Yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasının müdiri, professor Buniyat Sərdarovun xatirəsi bir dəqiqəlik sükutla anılıb.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxışında mərhum professorun ömür yoluna nəzər salıb, onun 50 illik elmi və pedaqoji fəaliyyəti barədə şura üzvlərinə ətraflı məlumat verib. B.Sərdarovun bu illərdəki fəaliyyətini yüksək qiymətləndirən G.Məmmədova professorun universitetə rəhbərlik etdiyi illəri yada salıb, onun xatirələrdə qurucu, işgüzar rektor kimi qaldığını vurğulayıb. Rektor B.Sərdarovun xatirəsini əbədiləşdirmək üçün onun rəhbərlik etdiyi kafedrada, fakültədə müəyyən işlər görülməsinin vacibliyini diqqətə çatdırıb. Sonra o, Elmi Şuranın son iclasının gündəliyi ilə iştirakçıları tanış edib.
Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov yaz imtahan sessiyasının, buraxılış işləri və diplom müdafiələrinin nəticələri barədə hesabatla çıxış edib, şura üzvlərini məlumatlandırıb. O bildirib ki, Universitetdə yaz imtahan sessiyası müvəffəqiyyətlə başa çatıb, yaz semestr imtahanları buraxılış kursunu əhatə etməklə may-iyun aylarında keçirilib. İmtahan sessiyası müddətində Appelyasiya Komissiyasına 658 müraciət daxil olub. Onlardan 471-i yazılı qaydada verilən imtahanlarla bağlı, 187-si isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Appelyasiya Komissiyası tərəfindən müraciətlərə diqqətlə yanaşılıb və müvafiq qərarlar qəbul edilib. Ümumilikdə imtahanlar 473 qrupda yazılı, 544 qrupda test və 198 qiyabi qruplar arasında aparılıb.
Prorektor bu il AzMİU-nu bitirən məzunlarla bağlı da məlumat verərək qeyd edib ki, başa vurduğumuz tədris ilində universiteti bakalavr səviyyəsində 25 ixtisas üzrə 1223 tələbə bitirib. Təhsilin magistratura səviyyəsində 153 magistr məzun olub. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 26-sı universiteti fərqlənmə diplomu ilə bitirib. Ümumilikdə təhsildə və ictimai işlərdə fərqlənən 56 tələbəyə Fəxri Fərman verilib.
Prorektorun çıxışından sonra Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə bir illik fəaliyyətləri barədə hesabatla çıxış ediblər, rəhbərlik etdikləri fakültədə cari ildə görülən işlər barədə şura üzvlərinə geniş məlumat veriblər.

AzMİU-nun Mətbuat Xidməti