Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2021-2022-ci tədris ili məzunlarının təntənəli buraxılış gecəsi keçirilib.
“Məzun günü” Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri açan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova məzunları təbrik edib, gələcək karyeralarında onlara uğurlar arzulayıb. “Əziz məzunlar! Dörd il əvvəl həyatınızda ən böyük uğura imza ataraq tələbə adını qazandınız. Bu gün isə böyük bir şərəf və iftixarla AzMİU-dan ayrılırsınız, məzun olursunuz. İmtahan həyəcanı, yuxusuz gecələr, sessiya stresi, gənclik həyatının ən şirin dönəmi olan tələbəlik illərinin sevincli və kədərli, narahat və qayğılı, ömrünüzün təkrarolunmaz anları artıq geridə qaldı. Artıq həyatınızın müstəqil, eyni zamanda, daha məsuliyyətli dövrünə qədəm qoyursunuz, sizə bu yolda yalnız uğurlar diləyirəm, yolunuz açıq olsun. Hansı mövqedə olursunuzsa olun, dövlətimizə, vətənimizə xeyirli bir övlad, vətəndaş olun, millətimizin adını həmişə, hər yerdə uca tutun”.
Rektor çıxışında 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbəyə də toxunub. Fəxrlə vurğulayıb ki, Vətən müharibəsində bizə Qələbə sevincini yaşadanlar sırasında AzMİU-nun tələbə və məzunları, Vətən torpağı uğrunda canından keçən 24 şəhidi, onlarla qazisi var.
Professor Gülçöhrə Məmmədova universitetin qazandığı uğurlardan, builki məzunların nəticələrindən danışıb. Bildirib ki, cari tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1596, magistratura səviyyəsində 42 ixtisaslaşma üzrə 312 tələbə olmaqla cəmi 1908 gənc bitirir. SABAH qruplarında inşaat mühəndisliyi ixtisasında təhsil alan 15 tələbə də bu siyahıda yer alır. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrdən 5-i, magistr tələbələrdən 7-si fərqlənmə diplomuna layiq görülüb. Universitetin nəzdində olan İnşaat Kollecinin məzunlarından 9-u təhsilini fərqlənmə diplomu ilə başa vurub. Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İraq, İran, Qazaxıstan, Suriya, Rusiya və Gürcüstandan 72 bakalavr, 4 magistr məzun var.
Təhsil nazirinin müavini Firudin Qurbanov məzunları təbrik edib, peşəkar karyeralarında onlara uğurlar arzulayıb.
Tədbirdə AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirən məzunlarına fərqlənmə diplomları təqdim edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Milli Məclisin deputatları Jalə Əhmədova və Aydın Mirzəzadə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, birinci müavini Akif Abdullayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Memarlar İttifaqı İdarə Heyətinin katibi Rüfət Ağazadə də məzunları təbrik ediblər. Qonaqlar universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən, ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunları təltif ediblər.
Məzunlar tələbəsi olduqları ali təhsil ocağında universitet rektorluğu və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini söyləyərək universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Buraxılış gecəsi maraqlı konsert proqramı ilə başa çatıb.
Tehsil-press.az