ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində azı 6 nəfər həlak olub

ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində azı 6 nəfər həlak olub ABŞ-ın İllinoys ştatında müstəqillik günü münasibətilə keçirilən paradda naməlum şəxsin açdığı atəş nəticəsində azı 6 nəfər həlak olub, 24 nəfər yaralanıb.
Hadisə Çikaqo şəhəri yaxınlığındakı Haylend parkda baş verib. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs axtarılır, sakinlərə evdə qalmaq tövsiyə olunur.
Şahidlərdən biri yerli vaxtla təxminən saat 10:20 radələrində, bayram tədbiri başlayandan 20 dəqiqə sonra 20-30 atəş səsi eşitdiyini biıdirib.
The Washington Post qəzetinin məlumatına görə, yalnız Haylend parkda deyil, qonşu şəhərlərdə də bayram tədbirləri ləğv olunub.

Tehsil-press.az



Oxşar xəbərlər