Böyük Britaniyada istefa verən nazirlərin yerinə yeni təyinatlar olub.
Yeni təyin olunan təhsil naziri Mikele Donelanın istefasından sonra yerinə Avropa və Şimali Amerika üzrə dövlət naziri Ceyms Kleverli təyin olunub.
Uels üzrə dövlət katibi vəzifəsindən istefa verən Simon Hartın yerinə isə keçmiş ədliyyə naziri Robert Bakland, mənzil və icmalar üzrə dövlət katibi Maykl Qovun yerinə isə Qreq Klark təyin olunub.
Şaileş Vara Şimali İrlandiya katibi təyin edilib. O, bu gün istefa verən Brendon Lyuisi əvəzləyib.
İstefa verən 60-a yaxın dövlət məmurunun yerinə yenilərinin təyin olunacağı gözlənilir.
Tehsil-press.az