Space TV-də keçmiş ANS-çilər arasında qalmaqal

Space TV-də keçmiş ANS-çilər arasında qalmaqal Space TV-nin xəbərlər departamentinə yeni baş redaktor təyin edilib.
Təhsil-press.az-ın Ölkə.az-a istinadən məlumatına görə Vaqif Mustafayev bu posta keçmiş ANS-çi Afət Telmanqızını təyin edib. O, bu vəzifədə Azadə Balayevanı əvəzləyib. Balayeva isə V.Mustafayevin bu qərarını etirazla qarşılayıb və şirkətdən getmək barədə ərizə yazıb.
Qeyd olunur ki, hazırda xəbərlər departamenti iki cəbhəyə ayrılıb. Hətta bir neçə gün öncə istefa vermiş baş redaktor Elman Gədiklinin geri dönməsini istəyənlərin də olduğu deyilir.
Qeyd edək ki, A.Baleyeva uzun müddət ANS telekanalında çalışıb. O, bir neçə gün öncə Elman Gədiklinin yerinə təyin edilmişdi.

Təhsil-press.az

Oxşar xəbərlər