Ötən il 14 min 970 nəfər Gürcüstan vətəndaşı Aİ ölkələrindən sığınacaq istəyib

Ötən il 14 min 970 nəfər Gürcüstan vətəndaşı Aİ ölkələrindən sığınacaq istəyib Avropa İttifaqı ölkələrindən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı hər il artır. 2021-ci ildə onların sayı 14 min 970-ə çatıb.
Bu barədə Avropa İttifaqının Sığınacaq üzrə Agentliyi (EUAA) məlumat yayıb.
Bildirilir ki, 2020-ci ildə Aİ ölkələrindən cəmi 6065 nəfər Gürcüstan vətəndaşı sığınacaq istəyib. Müraciətlərin sayının azalmasına əsasən, koronavirus pandemiyası səbəb olub.
Agentliyin hesabatında deyilir ki, Aİ-dən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının 37 faizi Fransa hökumətinə müraciət edib.
Aİ ölkələrindən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının 10 min 590 nəfərinə sığınacaq verilməsindən imtina olunub.

Tehsil-press.az




Oxşar xəbərlər