İndiyədək İtaliyaya Liviyadan olan minədək qaçqın və sığınacaq axtaran şəxs təxliyə olunub

İndiyədək İtaliyaya Liviyadan olan minədək qaçqın və sığınacaq axtaran şəxs təxliyə olunub Bu vaxtadək İtaliya ərazisinə Liviyadan olan minədək qaçqın və sığınacaq axtaran şəxs təxliyə edilib.
İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2017-ci ildən bəri ölkəyə Liviyadan olan 997 qaçqın və sığınacaq axtaran şəxs təxliyə olunub. Onlardan 95-i həssas qrupa aid olan şəxslərdir.
2021-ci ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə imzalanmış protokolun icrası çərçivəsində ümumilikdə 500 nəfəri əhatə edən humanitar dəhlizlər yaradılıb.
Qeyd edək ki, BMT QAK 2017-ci ildən indiyədək Liviyadan 6145 qaçqını və sığınacaq axtaran şəxsi təxliyə edib. Liviya hakimiyyətinin humanitar uçuşlara qadağası səbəbindən birillik fasilədən sonra təxliyələr 2021-ci ilin noyabrında bərpa edilib.
BMT QAK hesab edir ki, 2023-cü ildə qlobal miqyasda 2 milyondan çox qaçqın köçürülməyə ehtiyac duyacaq. Bu, 1,47 milyon insanı əhatə edən 2022-ci ildəki göstərici ilə müqayisədə 36 faiz artım deməkdir.

Tehsil-press.az



Oxşar xəbərlər