Rusiya yalnız bu halda “Eurovision”a qatıla bilər

Rusiya yalnız bu halda “Eurovision”a qatıla bilər Rəsmi Kiyev bəyan edib ki, Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsinə təmsilçisini o halda qəbul etməyə hazırdır ki, hazırkı təmsilçi Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin.

Ukrayna baş nazirinin müavini Vyaçeslav Kirilenko bunu “Ukrayna radio”sunun efirində deyib. Vyaçeslav Kirilenko, Moskvanın bu şərti qəbul edəcəyinə ümid etdiyini bildirib. Kirilenko müsabiqə ətrafında yaranan vəziyyəti Rusiya tərəfindən törədilən təxribat adlandırıb. Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil etməli idi.

Təhsil-press.az

Oxşar xəbərlər