“Vicdanlı hakim olmaq gərəkdir” - Konstitusiya Məhkəməsinin sədri

“Vicdanlı hakim olmaq gərəkdir” - Konstitusiya Məhkəməsinin sədri “Hər bir məhkəmənin qapıları insanın üzünə daim açıq qalmalıdır. İnsan hüquq və azadlıqlarının müdafiəsi baxımından məhkəmələrə əlçatanlığı təmin etmək olduqca vacibdir. Vətəndaş tərəfindən məhkəməyə təqdim edilən hər hansı müraciət ümidlə yanaşı, dövlətə olan etimadın təzahürüdür. Bu etimad, o cümlədən konstitusiya şikayəti vasitəsi ilə də ifadə olunur”.
Bu sözləri Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərtac”a müsahibəsində deyib. O bildirib ki, Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edə bilən subyektlərin dairəsi Konstitusiyada “hər kəs” ifadəsi ilə ehtiva edilir:
“Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək hüququna fiziki şəxslər, yəni, vətəndaşlar, vətəndaşlığı olmayanlar və əcnəbilərlə yanaşı, ictimai təşkilatlar, ictimai fondlar, ictimai birliklər, siyasi partiyalar, həmçinin dini birliklər, o cümlədən digər hüquqi şəxslər də malikdirlər.
Fikrimcə, həyata keçirilən bütün islahatlar məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına yönəldilərək, başlıcası isə cəmiyyətdə məhkəmələrə olan etimadın möhkəmləndirilməsi məqsədini daşıyır. Bundan ötrü təkcə bilikli, savadlı, subyektiv meyillərinə arxalanan hüquqşünas deyil, həm də ədalətli, qərəzsiz, qanunçuluğa riayət edən vicdanlı və obyektiv hakim olmaq gərəkdir”.

Tehsil-press.az


Oxşar xəbərlər