Bakı Slavyan Universitetində (BSU) Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş elmi seminar keçirilib.
Seminarda tədris işləri üzrə prorektor, professor Telman Cəfərov və tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova hər iki tarixi günün mahiyyətindən danışıblar. Bildirilib ki, dirçəliş hərəkatının öyrənilməsi, onun bugünkü və gələcək nəslə çatdırılması böyük əhəmiyyət daşıyır. Konstitusiyada təsbit olunan insan hüquqları, habelə Azərbaycanın hüquq sistemində konstitusiya dəyərlərinin rolundan danışan prorektorlar əlamətdar gün münasibətilə seminar iştirakçılarını təbrik ediblər.
Seminarda Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirovun “Azərbaycan Respublikasının Konstitusiya əsasları” mövzusunda geniş məruzəsi dinlənilib.
Sonra universitetin tələbələrinin Konstitusiya və Milli Dirçəliş günləri barədə çıxışları dinlənilib.

BSU-nun Mətbuat Xidməti