Son 30 ildə bizim tarixi torpaqlarımızın tədqiqatı çox geniş miqyas alıb. Bu da ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışlarının nəticəsidir. İndiki, Ermənistan Respublikası adlanan ərazi 1918-ci ildə ermənilərə güzəşt olaraq verilən tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci il may ayının 29-da Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Milli Şurasının qərarı ilə İrəvan şəhəri və onun ətrafındakı bir sıra ərazilər ermənilərə güzəştə gedilib.
AMEA-nın Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov deyib.
“Ermənilərin mayın 28-də dövlət müstəqilliklərinin elanı barədə danışdıqları yalandır və bu tarixi sənədlərdə də təkzib edilib. Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Milli Şurası xalq içərisində referendum, yəni heç bir sorğu keçirmədən 20 nəfərin iştirak etdiyi iclasda İrəvan şəhərinin ermənilərə verilməsi qərarını verib. Bu səbəbdən edilən güzəşt qanunsuzdur. İclasda iştirak edən İrəvan quberniyasından 3 nəfər şəxs bu qərara etiraz edib. Lakin Milli Şura 16 nəfərin razılığı, 3 nəfərin neytral qalması və 1 nəfərin yox deməsi ilə İrəvan şəhərinin verilməsi barədə razılığa gəlib. Avropa beynəlxalq hüquq sisteminə görə, bu qərar qanunsuzdur. Qərardan sonra qədim İrəvan şəhəri Ermənistanın paytaxtı olaraq seçildi. Tarixçi Vasif Qafarovun aşkar etdiyi tarixi sənədlərdə də Azərbaycan xalqının rəyi olmadan İrəvanın qanunsuz güzəşti əks olunub.
Qısa müddət fəaliyyət göstərən AXC-ni bir çox dünya ölkələri tanımadı və 1920-ci ilin aprelin 28-i Sovet ordusu tərəfindən Azərbaycan işğal olundu. Məlumdur ki, bunun əsas səbəbi Bakı nefti idi. Həm birinci dünya müharibəsi, həm də ikinci dünya müharibəsində bilavasitə Bakı neftinin rolu böyük olub. Bu müharibələrin səbəbkarları ermənilərdən canlı ölüm aləti kimi Türkiyə və Azərbaycan xalqına qarşı istifadə edirdilər. İrəvan şəhərinin erməni paytaxtı olmasından sonra erməni daşnakları kütləvi şəkildə şəhərdəki ərazilərin adlarının dəyişdirilməsi planına başladılar. Bu plan 3 mərhələdən ibarət idi. Birinci mərhələ 2 il müddətində davam edib. Bu dövrdə ermənilər tərəfindən adları dəyişdirilən ərazilərin sayı 17 olub. İkinci mərhələ 1920-ci ilin noyabr ayının 30-dan 1935-ci ilə qədər davam edib və 11 ərazinin adı dəyişdirilib. 1936-cı ilin yanvarın 1-dən başlayaraq 1991-ci ilə qədər davam edən 3-cü mərhələdə dəyişdirilən Azərbaycan mənşəli adların sayı 750-ə çatıb. 104 il ərzində İrəvan şəhəri başda olmaqla Azərbaycan xalqına məxsus bütün şəhər və qəsəbələrin adı dəyişdirilib. Prezident İlham Əliyev də öz çıxışlarında hər zaman qeyd edib ki, İrəvan Azərbaycan torpağıdır.
İrəvan şəhəri 1509-cu ildə Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin göstərişi ilə qurulub. 16-cı əsrdə şəhər salınarkən, şəhərin ilk və ən böyük məhəlləsi Təpəbaşı idi. Bu ərazidə azərbaycanlılara məxsus bütün izlər məhv edilib. Təpəbaşı məhəlləsindən əlavə şəhərdə 3-4 məhəllə və 12 məscid olub. Çar ordusu İrəvan şəhərini işğal etdikdən sonra üzərində burada yerləşən məscidlərin minarələri əks olunan pullar zərb ediblər. Eyni zamanda qeyd etmək istəyirəm ki, şəhər çar imperiyasına qarşı 24 il mübarizə aparıb və sonda xəyanət nəticəsinə işğal edilib. Şəhərin müdafiəsini təşkil edən şəxslərin mübarizə metodları çarda heyrət yaratmışdı. İşğaldan sonra çar birinci Nikolay İrəvana gəlib və Xan sarayında qonaq olub. Şəhərin ermənilərə güzəşt verilməsindən sonra həmin sarayın dağıdılması prosesi başlayıb. Şəhərdə olan məscidlər, memarlıq abidələri, ümumiyyətlə azərbaycanlılara məxsus olan bütün ərazilər məhv edilib. 1918-1920-ci illərdə İrəvan şəhərində 58 min nəfərə yaxın azərbaycanlı qətlə yetirilib. Bu ərazilərdə yaşayan Azərbaycanın görkəmli dövlət xadimləri də soyqırımına məruz qalıb. Milli dövlətçilik və milli mədəniyyət tarixində müstəsna yeri olan şəxslərin ailələri də öldürülüb. Onların bütün izləri şəhərdən silinib”.
Tehsil-press.az