Tehran BMT-yə ABŞ-ın PUA-sının İran ərazisi üzərində vurulmasının sübutunu təqdim edib

Tehran BMT-yə ABŞ-ın PUA-sının İran ərazisi üzərində vurulmasının sübutunu təqdim edib Tehran regionda vəziyyətin sabitləşməsi barədə dialoqa hazırdır və ümid edir ki, BMT baş katibi Antoniu Quterreş bu prosesdə vasitəçi rolunu oynaya biləcək.
Bunu jurnalistlərə İranın BMT yanında daimi nümayəndəsi Məcid Taxt-Ravançi deyib.
M.Taxt-Ravançi bildirib: "Regionun təhlükəsizliyi üzrə real dialoqa ehtiyac var. Biz belə dialoqa hazır olduğumuzu artıq bildirmişik və baş katibdən bu dialoqda rol oynamasını xahiş etmişik. BMT bu böhrandan çıxış yolu axtarışında aparıcı rol oynamalıdır".
Diplomat əlavə edib ki, ABŞ-a məxsus pilotsuz uçuş aparatının İranın hava məkanında vurulduğunu təsdiq edən materialları A.Quterreşə verib.

Tehsil-press.az

Oxşar xəbərlər