ABŞ Kiyevə dəstək üçün ordu göndərməsə, Ukrayna ikinci Suriyaya çevrilə bilər.
Bu fikri Delaver ştatından olan senator Kristofer Kuns CBS telekanalının efirində səsləndirib.
“Cozef Bayden və onun administrasiyası həm sanksiyalar sahəsində, həm də bir vaxtlar kənarda qalan ölkələrin bu mübarizəyə cəlb edilməsi baxımından çox iş görüb. Lakin kritik an yetişib”, - deyə siyasətçi bildirib.
Bir müddət öncə ABŞ Prezidenti Cozef Bayden Ukraynaya artilleriya sistemləri, zirehli transportyorlar və helikopterlərin də daxil olduğu 800 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib. Rusiyanın Xarici İşlər Nazirliyi isə bunun cavabında ABŞ da daxil olmaqla Ukraynaya silah göndərən bütün ölkələrə nota verib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Ukrayna ordusu Kiyev ətrafına çatan rus qoşunlarını geri çəkilməyə məcbur etsə də, ölkənin şərqində və cənubunda ağır döyüşlər davam edir. Rusiya ordusu Xerson şəhərini ələ keçirməyə və Mariopolu mühasirəyə almağa müvəffəq olub.
Tehsil-press.az