Londonda bank qeyri-adi qaydada soyulub.
Binayətkar bank işçilərini aldadaraq 150 min funt-sterlinq oğurlayıb.
O, içərisində 150 min funt-sterlinq olan pul qutularını bankdan çıxarmaq üçün özünü inkassator kimi təqdim edib.
Yalançı inkassator saxta vəsiqə göstərərək iki qutu pul alıb və maşına qoyub. Bundan sonra o, bir neçə dəfə geri qayıdıb və sərbəst şəkildə hər birində 25 min funt-sterlinq olan daha dörd qutu götürüb. Bank işçiləri yalnız həmin şəxs imza atmaq üçün filiala qayıtmayandan sonra dələduzluqdan şübhələniblər.
Qeyd olunur ki, bank işçiləri dələduzun inkassatorda verdiyi bir neçə əlamətə əhəmiyyət verməyib. Xüsusilə, onun geyimi fərqli olub. Bundan əlavə, o, bir anda iki qutu aparıb, baxmayaraq ki, bu, pul daşınması qaydalarına ziddir.
London polisi hadisəni törədən şəxsi axtarır.
Tehsil-press.az