Müəllimlərin işə qəbulu müsabiqəsində vakant yer seçmək imkanı əvvəlcə şəhid ailəsi üzvlərinə veriləcək

Müəllimlərin işə qəbulu müsabiqəsində vakant yer seçmək imkanı əvvəlcə şəhid ailəsi üzvlərinə veriləcək Builki müsabiqədə dəyişikliklərə əsasən, vakant yer seçmək imkanı əvvəlcə müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.
Bunu Təhsil Nazirliyinin feysbuk səhifəsində canlı yayımda Təhsil İnstitutunun direktoru Rüfət Əzizov söyləyib. O, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra yeniliklərin tətbiq olunacağını vurğulayıb.
Qeyd edək ki, iyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək. İmtahanın keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə artıq göndərilib.

Tehsil-press.az


Oxşar xəbərlər