İbtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə imtahan nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib

İbtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə imtahan nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin iyulun 5-12-də keçirilmiş test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
İbtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə daxil olan apellyasiya müraciətlərinə baxıldıqdan sonra müvafiq nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsabiqənin növbəti - vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. İndiyədək imtahanlarda müxtəlif fənlər üzrə 20 mindən çox namizəd iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər