Yaponiyanın Miyaqi prefekturasında yerləşən Senday şəhərinin 210 mindən çox sakininə leysan yağışlarla əlaqədar təxliyə xəbərdarlığı göndərilib.
Artıq bir neçə gündür davam edən güclü yağışlar səbəbindən çayların məcrasından çıxması və bəzi yerlərdə torpaq sürüşmələri gözlənilir.
Meteoroloqlar sakinlərdən son xəbərləri diqqətlə izləməyi, təhlükə barədə xəbərdarlıq yayılan kimi təxliyə olunmağı tövsiyə edirlər.
Bu gün Miyaqi prefekturası ərazisinə saatda 100 millimetrədək yağıntının düşəcəyi proqnozlaşdırılır.
İldırım çaxması ilə müşayiət olunan güclü yağışların Yaponiyanın qərb, şərq və şimal regionlarında bazar gününədək davam edəcəyi bildirilir.
İyulun 17-də səhər saatlarınadək Kansay və Tokay regionlarına 150 millimetrədək, Tohoku və Hokkaydo regionlarına 120 millimetrədək, Kyuşü və Kanto-koşin regionlarına isə 100 millimetrədək yağıntı düşəcəyi gözlənilir.
Tehsil-press.az