Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2342 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 527, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 175, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1382, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 258 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 793 947, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 362 122, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 356, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 323 740, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 729 nəfər təşkil edir.

Tehsil-press.az



Oxşar xəbərlər