İsrailin Azərbaycandakı səfiri Corc Dik Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsilə ilə bağlı paylaşım edib.
“Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”
Qeyd edək ki, səfirin bu tviti sosial şəbəkədə maraqla qarşılanıb. Ona şərh yazanlar Corc Dikin İranın Ali rəhbəri Əli Xameneinin dünənki paylaşımına eyham vurublar.
Xatırladaq ki, dünən Zəngilana böyük qayıdışın reallaşdığı bir vaxtda Azərbaycanın sevincini həzm edə bilməyən İranın Ali rəhbəri Əli Xamenei isə tviterdə belə paylaşım etmişdi:
“Biz Qarabağın Azərbaycana qaytarılmasına sevinirik. Təbii ki, bu işdə İran-Ermənistan sərhədini bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik rabitə yoludur”.
Tehsil-press.az