Turizm və Menecment Universiteti: İsrailin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Turizm və Menecment Universiteti: İsrailin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub İsrailin ölkəmizdəki səfiri Corc Dik Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Görüşdə ATMU ilə İsrail universitetləri arasında ikitərərəfli əməkdaşlıq imkanları müzakirə olunub.
Rektor İlham Mədətov ATMU ilə İsrail səfirliyi arasında davamlı və səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb. İ.Mədətov ölkəmizdə ilk dəfə olaraq Turizm və otelçilik ixtisasında təhsil alan tələbələrin İsrailin nüfuzlu turizm müəssisələrində 6 aylıq istehsalat təcrübəsi ərzində peşəkar vərdişlərə yiyələndiklərini söyləyib, təcrübə proqramının əhəmiyyətini qeyd edib.
Corc Dik İsrail səfirliyinin bundan sonra da ATMU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, İsrailin geniş hotellər şəbəkəsi ilə mövcud əlaqələrin perspektivlərini açıqlayıb.
Tədbirdə İsrail səfirinin müavini Doron Peer, ictimai diplomatiya üzrə köməkçisi Sahilə Mustafayeva, ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər