Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdədir

Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdədir Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində “British Expertise” təşkilatında təhsillə bağlı ən müasir texnoloji xidmətlər təqdim edən təhsil qurumlarının nümayəndələri, həmçinin Lordlar Palatasında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun təşkilatçılığı əsasında dünyanın və Böyük Britaniyanın Vorvik, Nyukasl, Durham, Lester və digər nüfuzlu universitetlərinin rəhbərləri və nümayəndələri ilə də görüşüb.
Görüş zamanı nazir hazırda ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən layihə və təşəbbüslər, o cümlədən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə məlumat verib. Dövlət Proqramı çərçivəsində 36 nəfər Azərbaycan vətəndaşının hazırda Böyük Britaniyada müxtəlif istiqamətlər üzrə doktorantura təhsili aldığı qeyd olunub, ikili diplom proqramları, həmçinin yeni Dövlət Proqramı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər