Amerikalı tələbələr Azərbaycan dilini və mədəniyyətini öyrənirlər

Amerikalı tələbələr Azərbaycan dilini və mədəniyyətini öyrənirlər Azərbaycan Dillər Universitetində (ADU) Amerika Şurası və ABŞ Dövlət Departamentinin birgə layihəsi olan “Critical Language Scholarship” ingilis dili proqramı davam edir.
Proqram çərçivəsində 8 amerikalı tələbəyə 8 həftə ərzində Azərbaycan dili və mədəniyyəti öyrədilir. Amerikalı tələbələr Azərbaycan xalqının mədəniyyəti, tarixi ilə daha yaxından tanış olacaq, Bakının və regionların müxtəlif tarixi abidələrini ziyarət edəcəklər.
Proqram avqustun 12-dək davam edəcək.
Qeyd edək ki, ADU amerikalı tələbələr üçün yay Azərbaycan dili məktəbinə ev sahibliyi etmək üçün ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edir. Bu, səkkiz həftəlik dövrü əhatə edən, həm qeyri-rəsmi, həm də formal şəraitdə dil tədrisini təmin edən ayrıca dil və mədəniyyət proqramıdır.

Tehsil-press.az

Oxşar xəbərlər