Konqoda 800 məhbus həbsxanadan qaçdı - 2 polis, 1 üsyançı öldü

Konqoda 800 məhbus həbsxanadan qaçdı - 2 polis, 1 üsyançı öldü Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətinin Butembo şəhərindəki həbsxanadan 800-dən çox məhbus qaçıb.
Butembodakı Kakvanqura həbsxanasına “Mai-Mai Kata Katanqa” üsyançı qruplaşması hücum edib.
Hücum zamanı üsyançılar 874 məhbusun saxlandığı həbsxananın gözətçi və kamera qapılarını sındıraraq 800-dən çox məhbusun qaçmasına kömək ediblər.
“Mai-Mai Kata Katanqa” üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 2 polis və 1 üsyançı həyatını itirib.
Təhlükəsizlik qüvvələri şəhərin şimal-şərqinə doğru qaçan məhbusların tutulması üçün əməliyyata başlayıb.
Qeyd edək ki, Gedeon Kyunqu Mutanqanın rəhbərlik etdiyi separatçı “Mai-Mai Kata Katanqa” qrupu ölkənin ən zəngin əyaləti olan Katanqanın müstəqilliyi uğrunda mübarizə aparır.

Tehsil-press.az



Oxşar xəbərlər