Çin orbitə eyni raketlə 12 peyk çıxarıb

Çin orbitə eyni raketlə 12 peyk çıxarıb Çin “Böyük yürüş-6Y10” (“Long March-6Y10) daşıyıcı raketi ilə orbitə 12 peyk çıxarıb.
Daşıyıcı raketin buraxılışı Şensi vilayətindəki Tayyüən məntəqəsində yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 8:50) baş tutub.
Artıq planlaşdırılan orbitə daxil olan peyklər, o cümlədən “Gaofen” və “Yunyao” kommersiya məqsədilə uzaqdan zondlama və atmosferin şəkillərinin əldə edilməsi üçün nəzərdə tutulub.
Qeyd edə ki, bu, “Böyük yürüş” seriyasından 432-ci daşıyıcı raketin buraxılışı olub.

Tehsil-press.az


Oxşar xəbərlər