İsrail orbitə casus buraxdı

İsrail orbitə casus buraxdı İsrail hərbi-hava bazalarının birindən orbitə yeni hərbi casus peyki buraxıb.

Tehsil-press.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu yerli “İkinci kanal” telekanalı bildirib. Telekanal Müdafiə Nazirliyinə istinadən “Ofek-11”-in ölkədə bu tipdə indiyədək istehsal olunmuş  ən təkmilləşdirilmiş  peyk olduğunu qeyd edib.
Məlumata görə, peyk ölkənin mərkəzi hissəsində yerləşən “Palmaxim” bazasından kosmosa buraxılıb. Qeyd edək ki, iki həftə əvvəl ABŞ-da kosmodromda baş vermiş partlayış nəticəsində İsrailə məxsus “Amos-6” peyki tamamilə sıradan çıxıb.


Tehsil-press.az

Oxşar xəbərlər