Çin uğurla 4 eksperimental peyk buraxdı

Çin uğurla 4 eksperimental peyk buraxdı Çin fevralın 20-də dörd eksperimental peykini orbitə buraxdı.
Bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) xəbər verib.
Peyklərin buraxılması yerli vaxtla 05:07-də Siçuanın cənub-qərbindəki kosmodromdan Çenjen-2D (CZ-2D) raket daşıyıcısının vasitəsi ilə reallaşdırılıb.
Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, eləcə də ayın kəşfiyyatı üçün texnologiyalar inkişaf etdirərək milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir.

Tehsil-press.az

Oxşar xəbərlər