Kəmaləddin Heydərov üçün ağır zərbə: Video niyə yayıldı?

Kəmaləddin Heydərov üçün ağır zərbə: Video niyə yayıldı? Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının intim görüntülərinin indiki məqamda yayılması təsadüf hesab oluna bilməz. 8 il əvvəl lentə alınmış video görünür bu vaxta qədər hansısa qrupların əlində kompromat kimi saxlanılıb.
Azərbaycanda bu kimi ifşaedici materiallar yayılandan sonra adətən həmin materialın “aktyorları” olan qurumlarda ciddi dəyişikliklər baş verir. Söhbət təkcə intim görüntülərdən getmir. Rüşvət və korrupsiya videoları, məmur davranışları, qanundan kənar hərəkətlər əksər hallarda böyük dəyişikliklərin siqnalı olub.
Azərbaycanda uzun müddət yüksək vəzifə tutan şəxslərdən biri məhz FH naziri Kəmaləddin Heydərovdur. Düzdür, nazir həm nüfuz, həm maliyyə, həm də avtoritet baxımından əvvəlki qədər əzəmətli görünmür. Bununla belə o hələ də böyük güc hesab olunur. Gömrük Komitəsinin uzun illər Heydərovun patronluğu altında olması da heç kimə sirr deyil. O, komitə sədrindən uzaqlaşandan sonra da bu quruma təsir imkanlarını əlində saxlamışdı. İndi DGK-da baş verən həbslər, aparılan istintaq hərəkətləri, rəhbərlik dəyişiklikləri həyata keçirilən bir zamanda bu videonun ortaya çıxması Heydərov üçün “sonuncu dayanacağa” çatmasının anonsu da ola bilər. Yəni böyük ehtimalla hədəfdəki həmin videodakı məmur cütlük yox, elə K. Heydərovun özüdür.

Tehsil-press.az




Oxşar xəbərlər