Bakı Dövlət Universiteti abituriyentlərə müraciət edib

Bakı Dövlət Universiteti abituriyentlərə müraciət edib Bakı Dövlət Universiteti (BDU) abituriyentləri BDU-da elmin sirlərinə yiyələnməyə, universitet ailəsinin üzvü olmağa dəvət edir.
Bu gün 25 mindən çox təhsilalanı özündə birləşdirən BDU 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, “SABAH” Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş 19 elmi-tədqiqat laboratoriyası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır. Tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasını, təhsildə innovasiya fəaliyyətinin, tələbələrin bilik və bacarıqlarının daim inkişaf etdirilməsini, praktiki vərdişlərə malik istedadlı mütəxəssislərin sayının artırılmasını, innovativ və dinamik təhsil proqramlarının tətbiq olunmasını, gənc tədqiqatçıların ölkəmizin iqtisadi və texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsini əsas götürən BDU-da 250 nəfərlik tələbə yataqxanası, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” dil mərkəzi fəaliyyət göstərir. Bir ildən çoxdur ki, tətbiq edilən “Code Academy” layihəsi çərçivəsində BDU tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə təhsil almaq üçün şərait yaradılıb.
BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. ABŞ-ın “Blackboard” platformasının tətbiqi ilə tədris prosesinin təşkili və idarəolunmasını təkmilləşdirir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrə öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Fransanın Lumière Lyon 2 Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil pillələrində ikili diplom proqramları həyata keçirilir.
Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. 2022-2023-cü tədris ilindən etibarən BDU-da “Qida mühəndisliyi”, “Mühəndis fizikası”, “Mədən mühəndisliyi”, “Filologiya: Çin dili və ədəbiyyatı” kimi yeni ixtisaslar üzrə tələbə qəbulu həyata keçiriləcək. Tədris prosesi ingilis dilində həyata keçirilən 20 ixtisas üzrə – beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, iqtisadiyyat, turizm işinin təşkili, ekologiya, fizika, fizika müəllimliyi, geologiya və geofizika mühəndisliyi, hüquqşünaslıq, jurnalistika, kimya, kitabxanaçılıq və informasiya fəaliyyəti, riyaziyyat, riyaziyyat müəllimliyi, psixologiya, sosial iş, sosiologiya, regionşünaslıq (Amerika üzrə), tarix və kompüter elmləri kadr hazırlığının aparılması nəzərdə tutulub.
BDU-da 2022-2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:
Geologiya fakültəsi
Geologiya
Geologiya və geofizika mühəndisliyi
Mədən mühəndisliyi
Coğrafiya fakültəsi
Coğrafiya
Coğrafiya müəllimliyi
Davamlı inkişafın idarə edilməsi
Geomatika və geodeziya mühəndisliyi
Hidrometeorologiya
Turizm işinin təşkili
Ekologiya və torpaqşünaslıq fakültəsi
Ekologiya
Torpaqşünaslıq və aqrokimya
Yerquruluşu və daşınmaz əmlakın kadastrı
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
Kompüter elmləri
İnformatika müəllimliyi
İnformasiya təhlükəsizliyi
Mexanika-riyaziyyat fakültəsi
Riyaziyyat
Riyaziyyat müəllimliyi
Mexanika
Fizika fakültəsi
Fizika
Fizika müəllimliyi
Mühəndis fizikası
Kimya fakültəsi
Kimya
Kimya mühəndisliyi
Kimya müəllimliyi
Biologiya fakültəsi
Biologiya
Biologiya müəllimliyi
Su bioehtiyatları və akvabitkilər
Biotexnologiya
Bitki mühafizəsi
Qida mühəndisliyi
Hüquq fakültəsi
Hüquqşünaslıq
Jurnalistika fakültəsi
Jurnalistika
Filologiya fakültəsi
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Dil və ədəbiyyat müəllimliyı (rus dili və ədəbiyyatı üzrə)
Filologiya: alman dili və ədəbiyyatı
Filologiya: Azərbaycan dili və ədəbiyyatı
Filologiya: fransız dili və ədəbiyyatı
Filologiya: ingilis dili və ədəbiyyatı
Filologiya: rus dili və ədəbiyyatı
Sosial elmlər və psixologiya fakültəsi
Psixologiya
Sosiologiya
Sosial iş
Fəlsəfə
Təhsildə sosial-psixoloji xidmət
Korreksiyaedici təlim
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi
Beynəlxalq münasibətlər
Dövlət və ictimai münasibətlər
Politologiya
İqtisadiyyat
Beynəlxalq ticarət və logistika
Maliyyə
Biznesin idarə edilməsi
Menecment
Tarix fakültəsi
Tarix
Tarix müəllimliyi
Regionşünaslıq (Qafqaz üzrə)
Regionşünaslıq (Amerika üzrə)
Kitabxanaçılıq-informasiya fakültəsi
Kitabxanaçılıq və informasiya fəaliyyəti
Şərqşünaslıq fakültəsi
Filologiya: Ərəb dili və ədəbiyyatı
Filologiya: Fars dili və ədəbiyyatı
Filologiya: Türk dili və ədəbiyyatı
Filologiya: Çin dili və ədəbiyyatı
Regionşünaslıq: Çin üzrə
Regionşünaslıq: Ərəb ölkələri üzrə
Regionşünaslıq: İran üzrə
Regionşünaslıq: İsrail üzrə
Regionşünaslıq: Koreya üzrə
Regionşünaslıq: Pakistan üzrə
Regionşünaslıq: Türkiyə üzrə
Regionşünaslıq: Yaponiya üzrə
Tərcümə (Ərəb dili üzrə)
Tərcümə (Fars dili üzrə)

Tehsil-press.az



Oxşar xəbərlər