“Bəxt üzüyü”nün Sedası dünyasını dəyişdi

“Bəxt üzüyü”nün Sedası dünyasını dəyişdi Müğənni Firəngiz Rəhimbəyova vəfat edib.
Bu barədə rejissor Namiq Şirəlibəyov məlumat verib.
Onun sözlərinə görə, aktrisa ürək tutmasından vəfat edib.
Qeyd edək ki, 62 yaşında dünyasını dəyişən Firəngiz Rəhimbəyova ABŞ-da yaşayırdı.
Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub.
1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla işbirliyi olub.
Bir sıra filmdə rol alan Firəngiz Rəhimbəyova daha çox "Bəxt üzüyü" filmindəki Seda rolu ilə məşhurluq qazanıb.
1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.
Allah rəhmət eləsin!




Oxşar xəbərlər