Tanınmış filosof dünyasını dəyişdi

Tanınmış filosof dünyasını dəyişdi Tanınmış fransız filosof Jan-Lyuk Nansi 81 yaşında dünyasını dəyişib.
Bu barədə “Monde” qəzeti məlumat yayıb. Nansi avqustun 24-nə keçən gecə vəfat edib.
Qeyd edək ki, Nansi 1940-cı ildə Bordo şəhərində anadan olub, 1968-ci ildən Strasburqda yaşayıb. O, Strasburq Universitetinin professoru, Beynəlxalq Fəlsəfə Kollecinin üzvü olub, bir çox məqalələrin müəllifidir. Nansinin maraq dairəsinə fenomenologiya və birlikdə olma konsepsiyaları daxil olub. Onun fəaliyyəti müasir fəlsəfi elmin inkişafına mühüm təsir göstərib.

Tehsil-press.az

Oxşar xəbərlər