Türkiyə və İsrail diplomatik münasibətləri qarşılıqlı olaraq ən yüksək səviyyəyə qaldırmaq qərarına gəliblər.
Bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. O bildirib ki, Tel-Əvivlə qarşılıqlı şəkildə səfir təyin etməyə qərar verilib və artıq İsraillə dialoq prosesi başlayıb. İsraildə yeni hökumətin qurulduğunu və İsaak Hersoqun prezident seçildiyini xatırladan Çavuşoğlu deyib:
“Proses Hersoqun Türkiyəyə, daha sonra mənim İsrailə səfərim ilə, baş nazir və xarici işlər naziri Yair Lapidin Ankaraya səfəri ilə davam etdi. İki ölkə arasında aviasiya sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Sentyabrda Birgə İqtisadi Komissiya iclası keçiriləcək. Münasibətlərin normallaşması istiqamətində atacağımız addımlar arasında səfirlərin yenidən təyinatı da var. Cənab Lapidlə keçirdiyimiz mətbuat konfransında bəyanat verdik ki, səfirlərin təyinatı ilə bağlı işə başlamışıq. Bu səylər nəticəsində belə bir müsbət addım İsraildən də gəldi. Təbii ki, biz də Türkiyə olaraq İsrailə, Təl-Əvivə səfir təyin etmək qərarına gəldik. Proses davam edəcək. təyin edəcəyimiz səfirlərin adlarını və təyin edəcəyimiz digər səfirlərin siyahısını prezidentimizə təqdim etdikdən sonra rəsmi olaraq proses başlayacaq”.
Səfir təyinatının ikitərəfli əlaqələrin inkişafı üçün vacib olduğunu vurğulayan Çavuşoğlu, “Fələstin, Qüds və Qəzzanın hüquqlarını müdafiə etməyə davam edəcəyik və mesajlarımızın birbaşa səfir səviyyəsində Tel-Əvivə çatdırılması da vacibdir” deyib.
Çavuşoğlu səfirlərin müəyyənləşdirilməsi prosesinin başladığını bildirib.
Xatırladaq ki, 2018-ci ilin mayında Ankara İsrailin yaranmasının 70-ci ildönümü və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi fonunda Qəzza zolağında keçirilən etiraz aksiyalarından sonra İsrailin Türkiyədəki səfirini ölkəni tərk etməyə dəvət edib. Baş vermiş toqquşmalarda 59 fələstinli həlak olub, 2,7 mindən çoxu yaralanıb.
Tehsil-press.az