BDU-da sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

BDU-da sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək Dekabrın 14-15-də Bakı Dövlət Universitetində (BDU) “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfrans sənəd və informasiya menecmenti üzrə kadr hazırlığının müasir durumu və perspektivləri üzrə müzakirələr aparmağa, dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların fikirlərinin bölüşdürülməsinə, müvafiq sahədə yeni prioritet istiqamətləri müəyyənləşdirməyə imkan yaradacaq.
Tədbir, həmçinin təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə xidmət edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər