Bakı Dövlət Universitetində beynəlxalq virtual elmi konfrans keçiriləcək

Bakı Dövlət Universitetində beynəlxalq virtual elmi konfrans keçiriləcək Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə iyunun 22-də faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” mövzusunda Beynəlxalq virtual elmi konfrans keçiriləcək.
Elmi konfrans “Microsoft Teams” platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaq.
Virtual elmi konfransda iştirak etmək istəyənlər iyunun 21-i saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər