BDU-da Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun professoru ustad dərsi keçib

BDU-da Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun professoru ustad dərsi keçib Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, pedaqogika elmləri doktoru, professor, Rusiyanın Fəxri təhsil işçisi Valentina Brejneva Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Biblioqrafiyaşünaslıq kafedrasının təşkilatçılığı ilə professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr üçün Kitabxanada biblioqrafik işin təşkili və metodikası fənnindən “Servis əsaslı yanaşma kitabxana-informasiya müəssisələrinin inkişafının strategiyası kimi” mövzusunda onlayn ustad dərsi keçib.
Professor Valentina Brejneva mühazirəsində əvvəlcə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və Kitabxanaçılıq-informasiya fakültəsinin tarixi, kadr potensialı, mövcud durumu, perspektivləri və hədəfləri haqqında ətraflı məlumat verib. Modern kitabxanaçı-biblioqrafın siması, onun elmi-mədəni səviyyəsi, oxucu-kitabxanaçı ünsiyyətinin psixoloji-pedaqoji çalarları haqqında müasir tendensiyaları diqqətə çatdırılıb.
Mühazirədə qlobal informasiya mühitinin kitabxana-informasiya fəaliyyətinə transformasiyasının nəticələri sistemli şəkildə təhlil edilib, informasiya menecmenti, informasiya konsaltinqi və logistikasının kitabxanalarda tətbiqinin vacibliyi vurğulanıb. Kitabxanaların fundamental funksiyalarının həyata keçirilməsində sistemli yanaşmanın vacibliyi elmi-metodoloji cəhətdən əsaslandırılıb. Həmçinin informasiya dövründə kitabxana-informasiya mərkəzlərinin cəmiyyətin həyatında aparıcı rol oynadığı vurğulanıb, müxtəlif yaş qruplarına aid edilən oxuculara informasiya xidmətinin xüsusiyyətləri təhlil edilib, kitabxanaçı əməyinin keyfiyyəti və nəticələri haqqında şərhlər verilib.
Ustad dərsi auditoriya tərəfindən böyük maraqla dinlənilib, professor Valentina Brejneva dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb, eyni zamanda, fakültələr arasında əməkdaşlığın davam və inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər