“Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

“Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanının icrası ilə əlaqədar Bakı Slavyan Universiteti (BSU) dekabrın 12-13-də “Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
Konfransın işi “Ulu öndər Heydər Əliyevin dil siyasəti və multikulturalizm”, “Dil və norma”, “Müstəqillik əldə etmiş dövlətlərin dil siyasəti”, “Dilin saflığına dövlət qayğısı”, “Dilin tarixi və inkişaf perspektivləri” və “Kütləvi informasiya vasitələri və ədəbi dil” bölmələri üzrə aparılacaq.
İştirakla bağlı məlumat və məqalə elektron formada noyabrın 15-dək [email protected] ünvanına göndərilməlidir. Noyabrın 30-dək qəbul edilmiş məqalələr haqqında məlumat veriləcək.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir, bununla bağlı müəlliflərə əlavə məlumat verilmir.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər