Mingəçevir Dövlət Universiteti yeni ERASMUS+ layihəsində tərəfdaşlıq edəcək

Mingəçevir Dövlət Universiteti yeni ERASMUS+ layihəsində tərəfdaşlıq edəcək Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi (Virtual Youth Business Hubs International Network - VEHUB4YOU) layihəsi Avropa İttifaqının Erasmus+ proqramının qalibi elan edilib. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən yeni layihənin 36 ay ərzində icra edilməsi nəzərdə tutulur.
Layihənin koordinatoru qismində İtaliyanın Floggia Universiteti (UNIFG) çıxış edəcək. Layihənin tərəfdaşları arasında Azərbaycandan MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti (KNUTD), Sosial və İqtisadi Təşəbbüslər İnstitutu (ISEI) və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi (KETYC) yer alıb.
Layihənin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da Erasmus+ proqramı çərçivəsində həm potensialın gücləndirilməsi, həm də tələbə və müəllim mübadiləsi layihələrində fəal iştirakına xüsusi diqqət yetirilir.

Tehsil-press.az



Oxşar xəbərlər