“UniLab” layihəsi tərəfdaşları ilə virtual görüş

“UniLab” layihəsi tərəfdaşları ilə virtual görüş Xəzər Universitetinin tərəfdaş olduğu “Erasmus+ UniLab” layihəsi çərçivəsində tərəfdaş universitetlərin növbəti virtual görüşü keçirilib.
Layihənin koordinatoru Carme Royo konsorsiuma yeni qatılan universitet üzvlərini və koordinator təşkilatının üzvlərini iştirakçılara təqdim edib.
Sonra Carme Royo fokus qrup müzakirələrinin keçirilməsi və onun formatına verilmiş tələblərdən danışıb.
Layihənin ispaniyalı tərəfdaşı olan Pompeu Fabra Universitetinin əməkdaşları “UniLab” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan strateji plan və modeli iştirakçılara təqdim ediblər və bildiriblər ki, yaxın vaxtlarda hazırlanmış sənəd bütün tərəfdaşların müzakirəsinə veriləcək.
Virtual görüşdə, həmçinin layihənin keyfiyyət planı və növbəti görüşlərin vaxtı müzakirə olunub. Qeyd edilib ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, layihə uğurla davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər